Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakıda 18 yaşlı qız oğlanı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 8-də, gündüz saatlarında 20 yaşlı paytaxt sakini Yusifov Anar Pirəli oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına daxil olub.

Araşdırma nəticəsində insidentin A.Yusifovun Nəsimi küçəsi, ev 2 ünvanında (evin qarşısında) baş verdiyi müəyyən edilib.

25-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində 18 yaşlı S.S.-ni saxlayıb (saxlanılan şəxsin adı hələlik açıqlanmır).

İlkin məlumata görə, bıçaqlanma gənclər arasında olan şəxsi münasibətlər zəminində baş verib.(oxu.az)

AzNews.az