- Qanundan kənarda
- 17 Aprel 2019 20:47
- 1 546
Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanıldı
Hesabat dövründə əcnəbilərlə yanaşı, 5 Gürcüstan vətəndaşı da saxlanılıb.
Bu ilin yanvar-mart aylarında Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 12 xarici ölkə vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.
Saxlanılan şəxslərin 3-ü Hindistan, 3-ü Banqladeş, 2-si Türkiyə, 1-i İran, 1-i Yəmən, 1-i Azərbaycan, 1-i Əfqanıstan vətəndaşıdır.
Hesabat dövründə əcnəbilərlə yanaşı, 5 Gürcüstan vətəndaşı da saxlanılıb.
Saxlanılan şəxslərə qarşı istintaq tədbirləri həyata keçirilir. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (report)
AzNews.az