Cinayət işində 33 zərərçəkmiş var Cinayət işində 33 zərərçəkmiş var

Eyni mənzili bir neçə nəfərə satanlar məhkəmə qarşısında

Cinayət işində 33 zərərçəkmiş var

Dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Cinayət işində 33 zərərçəkmiş var.

"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.(report.az)

AzNews.az