Araşdırma aparılır Araşdırma aparılır

Mağazadan 10 ədəd telefon oğurladı

Araşdırma aparılır

Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az