Keçmiş arvadına 12 bıçaq vuran şəxsə hökm oxundu

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub.

O, istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.(report.az)

AzNews.az