Oğurluqda şübhəli bilinən Ağsu şəhər sakini T.Rəhimov saxlanılıb Oğurluqda şübhəli bilinən Ağsu şəhər sakini T.Rəhimov saxlanılıb

Agsuda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Oğurluqda şübhəli bilinən Ağsu şəhər sakini T.Rəhimov saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 5 evdən ümumilikdə 2720 manat və 5000 rubl (135manat), 4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurlaması da müəyyən edilib.