Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qobustan rayon sakini bacısını və qardaşını bıçaqladı - Mülk davası

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Nərimankənd kəndində qardaş öz bacısı - 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı - 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğluna bıçaqla xəsarət yetirib. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə münaqişə mülk mübahisəsi üstündə yaranıb.

Faktla bağlı araşdırma aparılır. (APA)