Azərbaycanlı kriminal avtoritet məclisə görüntülü zəng etdi - VİDEO

O özünə həsr edilmiş meyxananın sədaları altında rəqs edən dostlarına baxıb

Kriminal aləmdə "Dato Ağcabədinski" kimi tanınan azərbaycanlı kriminal avtoritet Cavid Məmmədovun yeni görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, video Moskvada yerləşən "Moskovski" restoranında keçirilən əyləncə məclisində qeydə alınıb.

Belə ki, 34 yaşlı "Dato Ağcabədinski" həmin məclisə video zənglə qoşulub. O özünə həsr edilmiş meyxananın sədaları altında rəqs edən dostlarına baxıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü “Dato Ağcabədinski” bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə Yunanıstanda “taclandırılıb”. Cavid Məmmədov mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdaşlarındandır.

Aynur

AzNews.az