Gəncədə şok: Qadını zorlayan kişinin İmamzadə yaxınlığında başını kəsdilər - VİDEO

Baş verən hadisənin detalları hər kəsi şoka salıb

Ötən gün Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişinə müraciət edən qadın şok açıqlamalar verib.

AzNews.az xəbər verir ki, o, 41 yaşlı qardaşı Əli Əliyevin dəhşətli qətlindən danışıb. Gəncə şəhərindən gələn qadın iddia edib ki, onun qardaşını 22 nəfər döyərək qətlə yetirib.

"Qardaşım özündən çox cavan bir gəlinlə münasibətdə olub. Həmin qadının əri dünyasını dəyişmişdi. Bir illik sevgi münasibətləri olub. Bir gün qadının hamilə olduğunu bildik. Bu zaman onun qohumları qardaşımı döyərək İmamzadənin yaxınlığında başını kəsdilər. Guya qardaşım o qadını zorlayıb".

Qadın verilişdən qardaşının qətlinin araşdırılması üçün yardım istəyib.

Aynur

AzNews.az