Keçmiş arvadını ov tüfəngi ilə öldürdü

"Daim hədə-qorxu gəlir, qışqırır və pul istəyirdi"

Adananın Ceyhan rayonunda bir şəxs keçmiş həyat yoldaşını ov tüfəngi ilə vuraraq öldürüb.

AzNews.az xəbər verir ki, hadisə Ozbilen məhəlləsində meydana gəlib. İddiaya görə, 45 yaşlı Lütfiye Yüksel altı ay əvvəl tərk etdiyi 53 yaşlı keçmiş əri Nuh Gurelin evinə gedib. İkisi arasında mübahisə yaşanıb. Mübahisələrin böyüməsi ilə Nuh Gürel Lütfiye Yükselə ov tüfəngi ilə iki dəfə atəş açıb.

Ətrafda hadisəni eşidənlər yaralı qadını Ceyhan Dövlət Xəstəxanasına aparıb. Xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq Lütfiye Yüksel həyatını itirib. Yükselin cənazəsi prokurorun müayinəsindən sonra Adana Ədliyyə Tibb Təşkilatına aparılıb.

Nuh Gürel polis tərəfindən tutulub. İlk açıqlamasında Gürel “Mən altı ay əvvəl həyat yoldaşımı tərk etdim. Məndən pul istəməyə davam edirdi. Pulum olanda verirdim, olmasa da “yox” deyirdim. Daim hədə-qorxu gəlir, qışqırır və pul istəyirdi. Evimdə idim, yenə zəng etdi, “təcili olaraq 500 lirə lazımdır” dedi. Dedim ki, məndə yoxdur. Bir saatdan sonra qapıma gəldi. Mənə pul verəcəksən, səni vurduracam, öldürtdürəcəm. Mən də həmin an özümü itirib onu öldürdüm" deyib.

Olayla bağlı istintaq davam edir.

Nəzrin Əlizadə

AzNews.az