Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanı avtomobil vurdu

Faktla bağlı araşdırma aparılır

Bakıda 43 yaşlı kişini avtomobil vurub.

Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Toyota Prado" markalı minik avtomobili Babək prospektində yerləşən keçmiş avtomobil bazarının yaxınlığında 43 yaşlı Şirəliyev Xaliq Yusif oğlunu vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən sürücü yaralını ağır vəziyyətdə xəstəxanaya yerləşdirib.

X.Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (APA)