“BMW” markalı avtomobildən 700 manat da oğurlanıb “BMW” markalı avtomobildən 700 manat da oğurlanıb

Bakıda 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

“BMW” markalı avtomobildən 700 manat da oğurlanıb

Bakıda 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı “BMW” markalı avtomobildən isə 700 manat oğurlaması da müəyyən edilib.