3 qadın 70 minlik qızıl oğurladı

Oğrular izlərini itirmək üçün 3 fərqli avtobusa minərək eyni ərazidə bir neçə dəfə gəziblər

Türkiyənin Bursa şəhərində plastik aparatla qapını açaraq girdikləri evdən 70 min lirəlik pul və qızıl oğurlayan 3 qadın götürdükləri pulları bölüşərkən kameralara düşüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin Yıldırım səmtində meydana gəlib. Qadınlar 3 mərtəbəli binada O.K-ya aid mənzili özlərinə hədəf edib, soyğuna gediblər.

İşləri bitdikdən sonra binadan ayrılan oğrular izlərini itirmək üçün 3 fərqli avtobusa minərək eyni ərazidə bir neçə dəfə gəziblər.

Ən son yenə Yıldırımda bir məhəllədə düşən qadınlar oğurladıqları pul və ziynət əşyalarını bölüşmək istəyərkən təhlükəsizlik kameralarına düşüblər.

Polis kamera görüntülərini izlədikdən sonra qadınların 20 yaşlı A.S, 30 yaşlı D.S, 35 yaşlı D.S olduğunu müəyyənləşdirib.

Saxlanılan qadınlar nəzarətə alınıb, daha sonra isə məhkəmə orqanlarına sövq edilib.

Səidə Vahid

AzNews.az