Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır

Abşeronda 36 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlandı

Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Xırdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.

Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. (Report)

AzNews.az