Onun həyatını xilas etmək mümkün olmayıb Onun həyatını xilas etmək mümkün olmayıb

Yevlaxda bıçaqlanan 17 yaşlı oğlan öldü - Yenilənib

Onun həyatını xilas etmək mümkün olmayıb

Yevlax rayonunda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan dünyasını dəyişib.

2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlunun xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

***
21:32

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.(apa.az)

AzNews.az