Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir

Qaradağda evdən pul və qızıl-zinət əşyaları oğurlayan 2 nəfər saxlanıldı

Faktla bağlı araşdırmalar davam etdirilir

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az