- Qanundan kənarda
- 11 Noyabr 2019 17:33
- 6 504
Dövlətin pulunu talan edən sabiq nazir tutuldu
O, 2014-cü ildə beynəlxalq axtarışa verilib
Dağıstanın keçmiş informasiya və mətbuat naziri Nəriman Hacıyev Sloveniyada saxlanılıb.
Bu məlumatı “İnterfaks” öz mənbələrinə istinadən yayıb.
Hazırda Rusiyanın Hacıyevin ekstradisiyası üçün Sloveniya ilə müzakirələr apardığı vurğulanıb.
Qeyd edək ki, Nəriman Hacıyev 2012-2013-cü illərdə nazir vəzifəsini icra edib.
O, 2014-cü ildə beynəlxalq axtarışa verilib.
Buna səbəb büdcə vəsaitlərini talan etməsiylə bağlı ona qarşı irəli sürülən ittihamlar olub. (Axar.az)
AzNews.az