Faktla bağlı cinayət işi açılıb Faktla bağlı cinayət işi açılıb

15 yaşlı qızlarının otağına girən valideynləri şoka düşdü

Faktla bağlı cinayət işi açılıb

Mübahisə zamanı bıçaqlandığını ailəsindən gizlədərək birbaşa öz otağına gedən qız dünyasını dəyişib.

Hadisə Rusiyanın Yekaterinburq şəhərində qeydə alınıb.

Yelizabet Kindsfater adlı qız məktəbdə mübahisə zamanı sinəsindən bıçaqlanıb. Lakin o, xəstəxanaya getmək əvəzinə güclə evə gəlib, valideynlərinə yorğun olduğunu bildirib və öz otağına keçib.

Axşam saatlarında qızın halı pisləşib və o, valideynlərindən kömək istəyib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun bıçaqlanmasında şübhəli bilininən 16 yaşlı oğlan saxlanılıb. O, hadisə zamanı sərxoş halda olub.

İlkin məlumata görə, qız oğlanı söydüyünə görə bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Milli.az)

AzNews.az