- Qanundan kənarda
- 13 Noyabr 2019 19:35
- 3 574
Bakıda sürücülər arasında dava düşdü - Yaralı var

Faktla bağlı araşdırma aparılır
Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı sakini Vidadi Hüseynov yol üstündə tanımadığı sürücü ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə V. Hüseynov tanımadığı sürücü tərəfindən döyülüb.
Yaralı müxtəlif bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa.az)
AzNews.az