- Qanundan kənarda
- 16 Noyabr 2019 11:04
- 2 287
Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

Hadisə Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib
Gəncədə qətl hadisəsi törədilib.
Hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.
Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.
M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
AzNews.az