- Qanundan kənarda
- 19 Noyabr 2019 13:01
- 5 564
19 yaşlı qız sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü
Əvvəlcə boğazını sıxıb, daha sonra sinəsindən bıçaqlayıb
Türkiyənin Isparta bölgəsində universitet tələbəsi 19 yaşlı Güleda Cankel Muğladan onu görməyə gələn sevgilisi tərəfindən öldürülüb.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, oğlan Güleda Cankelin əvvəlcə boğazını sıxıb, daha sonra sinəsindən bıçaqlayıb. Hadisənin hələ də hansı səbəbdən baş verməsi məlum deyil.
Güleda Cankelin otağından gələn səslərə gələn digər tələbələr içəri girəndə qızın hərəkətsiz şəkildə olduğunu görüblər.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Amma həkimlər gec olduğunu, qızın öldüyünü deyib.
Cankelin cənazəsi ekspertiza üçün morqa aparılıb.
Polis cinayətkarı tez bir zamanda tutub nəzarətə götürüb, araşdırmalar davam edir.
Güleda Cankelin meyitinin tibbi ekspertizadan sonra ailəsinə veriləcəyi bildirilib. O, Muğlada torpağa tapşırılacaq.
Qeyd edək ki, cinayətkar Z.P. sosial media hesabında belə bir paylaşım edib:
"Hər şeyin zamanı yaşadığınız o andır. Xoşbəxtliyinizi ertələməyin. Ürəyiniz istədiyi zaman ölməyəcəksiniz. Və biz o zamanın dəyərini bilmədik"
Səidə Vahid
AzNews.az