Aygün Kazımovanın qardaşı həbsdən çıxdı

Qapıları açan Allahdır

Xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımzadə həbsdən azad edilib.

Bu haqda xalq artisti Aygün Kazımova məlumat verib:

“Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil Ramil Vəliyevə təşəkkür edirəm.

Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun”.

Əsgəroğlu-K MMC-nin direktoru Kazım Kazımzadə dələduzluqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunub. (Teleqraf.com)

AzNews.az