Aytənin bircə boyun sümüyü kəsilməmişdi Aytənin bircə boyun sümüyü kəsilməmişdi

Boğazını üzüb, saçlarını dibindən çıxardıb - Başı kəsilən gəlinin qayınanası danışdı

Aytənin bircə boyun sümüyü kəsilməmişdi

Bir neçə gün öncə qardaşı tərəfindən başı kəsilən 20 yaşlı Aytənin qayınanası şok faktlar açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O, qeyd edib ki, mərhumun qayınanası 1 yaşlı nəvəsini görmək üçün sığınacağa gəlib:

“Aytənimin qaynanası gəlmişdi. Hüseyni görməyə... Aytəndən danışırdı, ağlayırdı, dizlərinə çırpırdı... "Kəmalə xanım, onu gördüm. Aytəni yuyanda gördüm. Dedilər ki, doğmaları kimdisə girsin içəri. Özüm girdim, Kəmalə xanım. Kimi vardı ki. Aytənin bircə boyun sümüyü kəsilməmişdi. Boynuna qədər üzmüşdü boğazını. Ən çox zərbəni ürəyinə vurmuşdu. Aytənin saçlarını dibindən çıxartmışdı. Yolaraq, əlinə saçlarını dolayaraq..." - deyə Kəmalə Ağazadə qeyd edib.

Kəmalə Ağazadə vurğulayıb ki, Aytənin qayınanası hadisə ilə bağlı bəzi məlumatlar verib.

Xatırladaq ki, bir neçə gün öncə Abşeronda dəhşətli qətl hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Babək Fərzalıyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanın başını kəsərək öldürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az