- Qanundan kənarda
- 7 Dekabr 2019 18:45
- 2 465
Sərnişini döyən avtobus sürücüsü tutuldu
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb
Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.
AzNews.az