Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər

Şirvanda silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər

Şirvanda silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhəri ərazisində sement və armatur istehsal edən MMC-nin nümayəndəsi dekabrın 27-də Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək cari ilin sentyabr ayından dekabr ayının 26-dək olan müddət ərzində MMC-nin həyətindən ümumi dəyəri 19440 manat olan dəmir, əlvan metalların və istehsal avadanlıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov,Süleyman Ağayev, İsmayıl Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

AzNews.az