Ağcabədi sakinindən narkotik maddə və tapança götürülüb

Faktla bağlı araşdırma aparılır

Ağcabədi rayon sakinindən külli miqdarda marixuana və silah götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilmiş, həyətindən əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az