“Makarov” tipli tapança və patronları götürülüb “Makarov” tipli tapança və patronları götürülüb

Keçmiş məhkumun yeni əməli üzə çıxıb

“Makarov” tipli tapança və patronları götürülüb

Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.