- Qanundan kənarda
- 22 Fevral 2020 12:23
- 3 819
Zibilqabıdan yeni doğulmuş körpə meyiti tapıldı

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb
Sumqayıtda zibilqabıdan meyit tapılıb.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Həmin ərazidəki zibilqablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.