Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb

Narkotik satarkən tutuldu

Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotacir cinayət başında saxlanılıb. Yaşadığı evdən isə 2 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzNews.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.