- Qanundan kənarda
- 6 Aprel 2020 10:05
- 3 719
Bakıda spirtdən zəhərlənib ölən var
 
            Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb
Bakıda ölüm hadisəsi baş verib.
AzNews.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 5-i paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirt içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
 
                 
                             
                             
                             
                             
                             
                            