F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil

3 uşaq anası intihar etdi

F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil

Qaxda üç uşaq anası intihar edib.

AzNews.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, intihar hadisəsi ötən gecə rayonun Qaratala kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasova özünü asaraq intihar edib. Meyit asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, F.Abbasova 3 uşaq anası idi.

Faktla bağlı araşdırma aparılır.