- Qanundan kənarda
- 9 İyul 2020 21:48
- 3 752
Kürdə bir qız, iki oğlan batdı

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub
Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, bunlar 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızıdır.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.