Sabiq prokuror Yusif İldırımzadənin qaynı qətlə yetirilib

1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə qətlə yetirilib

Bakıda daha bir qətl hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə qətlə yetirilib.

Qeyd edək ki, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Onu da qeyd edək ki, bu gün paytaxtın Suraxanı rayonunda ana və qızı evində öldürülüb.