DİN məlumat yayıb DİN məlumat yayıb

Saatlıda qanunsuz olaraq işlədilən trenajor zalı aşkar olunub

DİN məlumat yayıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib. Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.