- Qanundan kənarda
- 20 Dekabr 2020 22:49
- 3 442
Abşeronda yol qəzası oldu, xəsarət alanlar var

Hadisənin təfərrüatı araşdırılır
Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
AzNews.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.