- Qanundan kənarda
- 21 Yanvar 2021 10:45
- 4 744
Ümumxalq Hüzn Günü fişəng atan şəxs saxlanıldı
Barəsində toplanan materiallar məhkəməyə göndərilib
Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.
Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.