DİN məlumat yayıb DİN məlumat yayıb

Cəlilabadda ödəmə terminallarını oğurlayan şəxslər saxlanılıb

DİN məlumat yayıb

Cəlilabadda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.