Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi

Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib

Rusiya ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətundən AzNews.az-a verilən məlumatda bildirilib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı Əsgərov Eldar İsmayıl oğlunun – 1 oktyabr 2016-cı ildən 13 dekabr 2017-ci il tarixədək olan dövr ərzində Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqol məhsullarını belə marka olmadan satma məqsədi ilə istehsal edib saxlamasına əsaslı şübhələr müəyyənləşib.

Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyası Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Eldar Əsgərov 6 may 2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təhvil verilib.