Hadisə “Nəsimi bazarı” kimi tanınan ərazidə qeydə alınıb Hadisə “Nəsimi bazarı” kimi tanınan ərazidə qeydə alınıb

Bakıda əlbəyaxa davada bir nəfər bıçaqlanıb

Hadisə “Nəsimi bazarı” kimi tanınan ərazidə qeydə alınıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə “Nəsimi bazarı” kimi tanınan ərazidə qeydə alınıb.
1995-ci il təvəllüdlü Babazadə Eyyub Elman oğlu tanışı ilə əlbəyaxa dava edib. Mübahisə zəminində o, bıçaqlanıb.
Yaralı 3 nömrəli klinik xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır./Apa/