- Qanundan kənarda
- 26 İyul 2021 11:55
- 8 291
Məhkəmə zalından qaçan dustaq saxlanıldı - FOTO
Həmin şəxs aidiyyatı üzrə təhvil verilib
Bakıda dustaq məhkəmədən qaçıb.
AzNews.az xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.
Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.
Daha sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.
