Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır - İlham Əliyev

2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzvlərinə minnətdarlığımı bildirirəm.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır.

“Regionumuzda təhlükəsizlik sistemini möhkəmləndiririk. Azərbaycan davamlı olaraq, daxili işlərə qarışmama, ərazi bütövlüyünə hörmət kimi prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir”, - Prezident İlham Əliyev vurğulayıb.