Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Şəmkirdə qətl hadisəsi törədilib

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

İyulun 26-sı saat 18 radələrində Şəmkir rayon sakini 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aznews.az xəbər verir ki, Şəmkir Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.