Faktla bağlı araşdırmalara başlanılıb Faktla bağlı araşdırmalara başlanılıb

Tovuzda ata oğlunu ağaca zəncirləyərək döyüb

Faktla bağlı araşdırmalara başlanılıb

Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək".