Hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib Hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib

Arvadının başını kəsən şəxsin məhkəməsi başlayır

Hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib

Tərtərdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Aznews.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyul ayında Tərtər rayon Məhkəməsinin qarşısında baş verib.

Rayon sakini Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı başını kəsərək qətlə yetirib.

Hadisəni boşanma üstündə baş verdiyi bildirilir.

A. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.