Tağıyevin abidəsinin zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb

DİN məlumat yayıb

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, artıq heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.