Faktla bağlı araşdırma başlanıb Faktla bağlı araşdırma başlanıb

Bərdədə 32 yaşlı kişi güllələnib

Faktla bağlı araşdırma başlanıb

Bərdədə güllələnmə hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.