- Qanundan kənarda
- 24 Yanvar 2022 08:50
- 3 314
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb
DİN məlumat yayıb
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qaralar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Əsədli kənd sakini E.Soltanov saxlanılıb.
Ondan qanunsuz olaraq ovladığı iki ədəd ov quşu aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.