Le Pen: Fon der Lyayen Aİ ölkələrinin etimadını itirib

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqına üzv bir çox ölkənin hökumətinin etimadını itirib.

Bu fikri Fransanın sağçı “Milli Birlik” partiyasının nümayəndəsi Marin Le Pen səsləndirib.

“[Fon der Lyayen] artıq Aİ ölkələrinin bir çox hökumətinin etimadından yararlanmır”, – deyə siyasətçi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Le Penin fikrincə, Avropa dövlətlərinin dəstəyinin zəifləməsi fon der Lyayenin Avropa Komissiyasının rəhbəri vəzifəsində qalmasını sual altına qoyur.

Mövsüm,

AzNews.az