İspaniyanın Kanar adalarına bir həftədə 1260 qeyri-qanuni miqrant gəlib

İspaniyada qeyri-qanuni miqrasiya böhranı davam edir.

İspaniyanın Sahil Mühafizəsi Xidməti qeyri-qanuni miqrasiya ilə bağlı son statistik məlumatları açıqlayıb.

Bir həftədə 1260 miqrant gəlib

Qurumun açıqlamasında bildirilib ki, Kanar adaları qrupuna daxil olan Qran-Kanariya, El-İerro, Lanzarote, Fuerteventura və Tenerife adalarının sahillərinə təkcə həftəsonu 886 qeyri-qanuni miqrant gəlib. Son bir həftə ərzində adalara çatan miqrantların ümumi sayı isə 1260 nəfər olub.

Şimali Afrikadan kustar üsulla hazırlanmış qayıqlarla Atlantik miqrasiya marşrutu üzərindən Kanar adalarına çatmağa çalışan miqrantların əvvəlcə quruda tibbi müayinədən keçirildiyi, daha sonra isə yerləşdirmə mərkəzlərinə göndərildiyi bildirilib.

Kanar adalarının rəhbərliyi mərkəzi hökuməti tənqid edib

Kanar adalarının muxtar hökumətinin rəhbəri Fernando Klavixo mətbuata açıqlamasında sentyabrın əvvəlindən bəri adalara 3800-dən çox qeyri-qanuni miqrantın gəldiyini deyib.

Son dövrdə qeyri-qanuni miqrasiyanın artmasına qarşı tədbir görməməkdə İspaniyanın mərkəzi hökumətini ittiham edən Klavixo narahatlığını ifadə edib.

“2024-cü ildə ümumilikdə 47 min miqrantın gəldiyi dövrdəki vəziyyətə bənzər bir ilin sonu ssenarisi ilə üzləşməkdən ciddi narahatıq. İspaniya hökumətinin bu yeni miqrasiya dalğasına cavab verməsini gözləyirik”, – deyə o bildirib.

Mövsüm,

AzNews.az