Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Metroda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Yanvarın 22-də saat 18 radələrində metronun "Sahil" stansiyasında qatarda bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az xəbər verir ki, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun "Koroğlu" stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.